Azərbaycan Premyer Liqası: “Kəpəz” komandası “Səbail”ə qalib gəlib
Oktyabrın 29-da futbol üzrə Azərbaycan Premyer Liqasında XII turun daha bir oyunu keçirilib.

Günün ilk matçı Gəncədə yerli “Kəpəz” komandası ilə “Səbail” arasında keçirilib.

Matç meydan sahiblərinin 3:0 hesablı qələbəsi ilə yekunlaşıb. Gəncə şəhər stadionunda keçirilən görüşdə Abdullahi Şuaybu iki dəfə və Fərid Nəbiyev fərqlənib.

Bu nəticədən sonra xallarının sayını səkkizə yüksəldən “Kəpəz” turnir cədvəlinin 8-ci pilləsində qərarlaşıb. 10 xalı olan “Səbail” isə yeddinci sıradadır.

Günün digər matçında 19 xalla dördüncü sırada olan "Zirə" 22 xalla cədvəldə özündən bir pillə yuxarıda qərarlaşan "Neftçi"ni qəbul edəcək.

Qeyd edək ki, açılış oyununda "Turan Tovuz" evdə "Sumqayıt"a 1:0 hesabı ilə qalib gəlib. Tura oktyabrın 30-da keçiriləcək "Şamaxı" - "Qarabağ" və "Sabah" - "Qəbələ" oyunları ilə yekun vurulacaq.

Xəbər 234 dəfə oxundu.