Azərbaycanın fiqurlu konkisürəni Qazaxıstanda bürünc medal qazanıb
Azərbaycanın fiqurlu konkisürəni Vladimir Litvintsev Qazaxıstanın Almatı şəhərində Denis Tenin xatirəsinə həsr olunmuş beynəlxalq turnirdə bürünc medal qazanıb.

Qısa proqramda 188,77 xala layiq görülən 21 yaşlı idmançı fəxri kürsünün üçüncü pilləsinə qalxıb.

Turnirdə birinci yeri 208,47 xalla gürcüstanlı Nioka Eqadze tutub. 192,67 xal toplayan qazaxıstanlı Dias Jirenbayev isə gümüş medala sahib çıxıb.

Xəbər 200 dəfə oxundu.