Formula 1 yarışları Meksikada 2025-ci ilədək keçiriləcək
Formula 1 yarışları Meksikada 2025-ci ilədək keçiriləcək.

Mexiko şəhəri hökumətinin başçısı Klaudiya Şeynbaum Meksika Qran-Prisinin təşkilatçıları ilə birlikdə Formula 1 üzrə Meksika ilə müqavilənin müddətini 2025-ci ilədək uzadıldığını açıqlayıb. Yarışlar dövlət vəsaiti olmadan, ölkənin 40-dan çox sahibkarının dəstəyi ilə maliyyələşdiriləcək.

Meksika Qran-Prisinin prezidenti Alexandro Soberon Kuri bildirib ki, bu tədbir Meksikanı dünyaya tanıtmaq üçün yaxşı imkandır. A.Kuri qeyd edib ki, ölkədə son altı yarışda 4,4 milyard dollardan çox vəsait toplanıb, 57 minə qədər yeni iş yeri açılıb.

Klaudiya Şeynbaum Formula 1-in şəhər üçün çox vacib olduğunu vurğulayaraq, biletlərin qiymətinin 300-1250 dollar arasında olacağını, bu il 2500 biletin uşaqlara pulsuz paylanacağını deyib.

Xəbər 238 dəfə oxundu.