"Ferentsvaroş" klubu 47 il sonra ilk dəfə avrokuboklarda pley-off mərhələsinə yüksəlib
Macarıstanın "Ferentsvaroş" futbol klubu 47 il sonra ilk dəfə avrokuboklarda pley-off mərhələsinə adlamağı bacarıb.

Bu, Macarıstan təmsilçisinin ötən gecə Avropa Liqasının qrup mərhələsinin beşinci turunda "Monako" ilə heç-heçə etməsindən (1:1) sonra dəqiqləşib. Komanda H qrupunda 10 xal toplayıb və liderdir. "Monako" isə 7 xalla ikincidir. Nəticədə "Ferentsvaroş" sona 1 tur qalmış pley-offa vəsiqəni təmin edib.

"Ferentsvaroş" son dəfə 1975-ci ildə avrokuboklarda pley-off mərhələsində oynayıb.

Qeyd edək ki, bu mövsüm "Ferentsvaroş" Çempionlar Liqasının üçüncü təsnifat mərhələsində "Qarabağ"ın rəqibi olub. Ağdam təmsilçisi Macarıstan klubunu üstələyərək (1:1, 3:1) pley-offa adlayıb. Lakin bu dəfə "Qarabağ" "Viktoriya" (Plzen, Çexiya) səddini keçə bilməyib - 0:0, 1:2.

Xəbər 208 dəfə oxundu.