Rəşad Rəsulov: Cüdo üzrə Həzi Aslanov turniri yenidən keçirilə bilər
Cüdo üzrə milli yığma komandanın üzvü olan bütün idmançılar bu il özlərini xarici yarışlarda göstərmək imkanı əldə ediblər. Federasiya onlara bu şansı yaradıb.

Bunu Azərbaycan Cüdo Federasiyanın baş katibi Rəşad Rəsulov oktyabrın 28-də keçirilən mətbuat konfransında deyib.

Baş katib hesab edir ki, cüdo üzrə beynəlxalq yarışların sayı artırılmalıdır. O qeyd edib ki, bu istiqamətdə növbəti yarış olaraq 2023-cü il mayın 6-7-də Göygöldə yeniyetmələr arasında Avropa kuboku turnirinin keçirilməsi planlaşdırılır.

İlk dəfə 1975-ci ildə Həzi Aslanov turnirinin keçirildiyini xatırladan Rəşad Rəsulov deyib ki, əgər kimsə bu yarışın yenidən keçirilməsində maraqlı olarsa, onun dəstəyi ilə yarış yenidən keçirə bilər: “Bu yarışı keçirmək federasiyanın planında yoxdur”.

Xəbər 220 dəfə oxundu.