“Qarabağ” - “Frayburq” oyununun biletləri satışa çıxarılıb
UEFA Avropa Liqasının qrup mərhələsi çərçivəsində keçiriləcək “Qarabağ” - “Frayburq” (Almaniya) oyununun biletləri oktyabrın 28-dən satışa çıxarılıb.

Biletlərin qiyməti müvafiq olaraq 5, 20, 30, 75 və 100 manat təşkil edir.

Biletləri Tofiq Bəhramov adına Respublika Stadionunun kassalarından (11:00-dan 20:00-dək), Iticket.az-ın satış məntəqələrindən (iticket.az-da onlayn satış), Park Bulvardakı “Qarabağ” FK-nın Fan-Şopundan (11:00-dan 20:00-dək), eləcə də “28 Mall” və “Gənclik Mall” ticarət mərkəzlərindən (11:00-22:00) əldə etmək olar.

Qeyd edək ki, “Qarabağ” – “Frayburq” qarşılaşması noyabrın 3-də saat 21:45-də başlayacaq.

Xəbər 195 dəfə oxundu.