Misli Premyer Liqası: Bu gün “Turan Tovuz” – “Sumqayıt” matçı keçiriləcək
Bu gün Misli Premyer Liqasının XII turu start götürür.

Tur çərçivəsində ilk oyun “Turan Tovuz” – “Sumqayıt” arasında keçiriləcək. Qarşılaşma Tovuz şəhər stadionunda saat 15:00-da başlayacaq. Matçın baş hakimi Nicat İsmayıllı olacaq. Ona hakimlər Müslim Əliyev, Kamran Bayramov, Emin Əliyev kömək edəcəklər.

Oktyabrın 29-da “Kəpəz” – “Səbail”, “Zirə” – “Neftçi”, 30-da “Şamaxı” – “Qarabağ”, “Sabah” – “Qəbələ” matçları olacaq.

Xəbər 197 dəfə oxundu.