Zəfər Gününə həsr olunan stolüstü tennis yarışı keçirilir
Oktyabrın 28-dən 29-dək stolüstü tennis üzrə respublika turniri keçirilir.

“Biz bir ölüb, min dirilərik” devizi ilə təşkil edilən və Zəfər Gününə həsr olunan yarışda Azərbaycanın müxtəlif bölgələrindən idmançılar güclərini sınayırlar. Sumqayıt şəhərindəki “Qarabağ NN” stolüstü tennis idman klubunda baş tutan yarışda 2012-ci il təvəllüdlü və daha az yaşlı idmançılar iştirak edirlər.

Qeyd edək ki, turnirin qalibləri Gənclər və İdman Nazirliyi və Azərbaycan Stolüstü Tennis Federasiyasının diplom, medal və qiymətli hədiyyələri ilə mükafatlandırılacaqlar.

Xəbər 256 dəfə oxundu.