Formula 1: “Audi” şirkəti “Zauber”lə əməkdaşlığa başlayıb
“Audi” Formula 1-də “Alfa Romeo” adı ilə mübarizə aparan “Zauber”lə əməkdaşlığa başlayıb. Bu barədə Almaniya şirkəti rəsmi məlumat yayıb.

Razılığa əsasən, 2026-cı ildə “Alfa Romeo” komandasını məhz “Audi” şirkəti mühərriklərlə təchiz edəcək.

Avropa mətbuatının əldə etdiyi məlumatlara görə, əməkdaşlıq nəticəsində “Audi”, həmçinin “Zauber”in səhmlərinin 75 faizini də özəlləşdirəcək. “Alfa Romeo” qarşıdakı illərdə “Ferrari”nin pilotu Karlos Saynsa da müqavilə təklif edəcək.

Xəbər 214 dəfə oxundu.