Azərbaycanın UEFA reytinqində mövqeyi dəyişməyib
Azərbaycanın UEFA reytinqində 2022/2023-cü il mövsümü üçün xal ehtiyatı və mövqeyi dəyişməz qalıb.

Buna "Qarabağ"ın Fransada "Nant"a UEFA Avropa Liqasının qrup mərhələsinin V tur oyununda 1:2 hesabı ilə uduzması səbəb olub.

Hazırda avrokuboklarda bir komanda ilə təmsil olunan ölkəmiz 15.875 xalla 29-cu pillədə qərarlaşıb. 28-ci yerdəki Polşanın 17,750, 30-cu olan Qazaxıstanın 12,625 xalı var.

Xəbər 178 dəfə oxundu.