AFFA-nın təşkilatçılığı ilə Tbilisidə UEFA A kursunun birinci modulu başlayıb
Tbilisidə UEFA A kursunun birinci modulu başlayıb.

AFFA tərəfindən təşkil olunan və noyabrın 1-dək davam edəcək modulun bu mərhələsində iştirakçılar Tbilisidə keçirilən 17 yaşadək futbolçulardan ibarət komandaların Avropa çempionatının seçmə mərhələsinin üçüncü qrupunun oyunlarını izləyib, matçların analizi və təhlilini aparırlar.

Modul Aslan Kərimov, Osman Rəhimov, Zamir Həsənov və İlham Əzizzadə tərəfindən keçirilir.

Xəbər 189 dəfə oxundu.