Yığmamız “Barselona”nı uddu
İspaniyada təşkil olunmuş təlim-məşq toplanışı çərçivəsində 17 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması yoldaşlıq oyunu keçirib. Yığmamız “Barselona” klubunun müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşıb.
“Barselona” klubunun bazasında keçirilmiş oyun 1:0 hesabı ilə komandamızın xeyrinə başa çatıb. İspaniya təmsilçisinin qapısından topu Cem Fələk keçirib.

Xəbər 855 dəfə oxundu.