UEFA Avropa Liqası: “Nant” – “Qarabağ” oyunu başlayıb
Fransada UEFA Avropa Liqasının qrup mərhələsinin beşinci turu çərçivəsində keçirilən “Nant” - “Qarabağ” oyunu başlayıb.

“Nant”ın start heyətində Alban Lyafon, Andrey Cirotto, Pedro Çirivelya, Evann Gessan, Samuel Mutussami, Ludovik Blas, Jan-Şarl Kastelletto, Sebastyan Korşya, Kenten Merlen, Mustafa Məhəmməd və Abdul-Kader Bamba yer alıblar.

“Qarabağ”ın heyətində isə meydana Şahruddin Məhəmmədəliyev, Qara Qarayev, Riçard Almeyda, Abdullah Zubir, Kvabena Ovusu, Bəhlul Mustafazadə, Filip Ozobiç, Kadi Borges, Toral Bayramov, Marko Veşoviç və Kevin Medina çıxıblar.

"Bojuar" stadionunda oynanılan matçı danimarkalı baş hakim Yakob Kehlet idarə edir.

Hesabında 7 xal olan Ağdam təmsilçisi G qrupunda ikinci pillədə qərarlaşıb. Üç xalı olan “Nant” isə üçüncüdür.

Qrupun digər oyununda isə “Frayburq” Almaniyada Yunanıstanın “Olimpiakos” klubunu qəbul edir.

Xəbər 191 dəfə oxundu.