“Qarabağ”ın futbolçusu Kadi Borges “Qranada”nın maraq dairəsinə düşüb
“Qarabağ” klubunun futbolçusu Kadi Borges daha bir Avropa klubunun maraq dairəsinə düşüb. Bu dəfə “Qranada” braziliyalı vingerin adını transfer siyahısına daxil edib.

Futbolçu ötən mövsümün ikinci yarısından İspaniya təmsilçisinin diqqətini çəkib. Sequndada mübarizə aparan “Qranada”nın menecerləri bu gün Fransada “Nant”-“Qarabağ” matçında K.Borgesin oyununu izləyəcəklər.

Xəbər 201 dəfə oxundu.