Azərbaycanın U-17 komandası Bosniya və Herseqovina yığmasına məğlub olub
On yeddi yaşadək futbolçuardan ibarət Azərbaycan milli komandası Avropa çempionatının seçmə mərhələsində bu gün növbəti oyununu keçirib.

Bosniya və Herseqovinanın Kakanj şəhərində təşkil olunan qrup mərhələ oyununda bu ölkənin müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşan millimiz 0:1 hesabı ilə məğlub olub.

Komandamız qrupda sonuncu oyununu oktyabrın 30-da Lixtenşteyn yığmasına qarşı keçirəcək.

Xəbər 187 dəfə oxundu.