Fransa – Şimali Koreya oyunu tarixə düşüb
Azərbaycanda keçirilən 17 yaşadək qızlardan ibarət yığma komandalar arasında dünya çempionatının II turunda Fransa – Şimali Koreya oyunu tarixə düşüb. “Dalğa Arena”da 1:1 hesabı ilə nəticələnən oyunda dünya rekordu qeydə alınıb. Belə ki, Fransaya hesabı bərabərləşdirmək üçün 80 saniyə bəs edib. 60-cı dəqiqədə vurulan həmin qolun müəllifi hücumçu Kadidiatu Diani olub.

2010-cu ildə Trinidad Tobaqoda keçirilən turnirdə Cənubi Koreya yığmasına İspaniya millisi ilə yarımfinal oyununda cavab qolunu vurmaq üçün 94 saniyə lazım olmuşdu. Onda asiyalılar 2:1 hesabı ilə qalib gəlmişdi.
bu xəbər 366 dəfə oxunub

Xəbər 1060 dəfə oxundu.