8 Noyabr – Zəfər Gününə həsr olunmuş 3x3 basketbol üzrə turnir keçirilib
Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin və Xətai Rayon Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə 269 nömrəli tam orta məktəbin meydançasında 8 Noyabr – Zəfər Gününə həsr olunmuş 3x3 basketbol üzrə turnir keçirilib.

Gərgin idman mübarizəsi şəraitindən keçən yarışda 269 nömrəli tam orta məktəbin komandası birinci olub. 17 nömrəli tam orta məktəb yarışı ikinci, 27 nömrəli tam orta məktəbin komandası isə üçüncü pillədə yer alıblar.

Xəbər 273 dəfə oxundu.