Şahmatçımız Vüqar Rəsulov “Skopje” açıq turnirində uğurlu çıxışını davam etdirir
Şimali Makedoniyada keçirilən “Skopje” açıq turnirində Azərbaycan şahmatçısı Vüqar Rəsulov növbəti qələbəsini qazanıb.

Təmsilçimiz səkkizinci turda Nikola Djukicə (Montenegro) qalib gələrək aktivinə daha bir xal əlavə edib. Beləliklə, yeddi xal toplayan şahmatçımız turnir cədvəlində birinci yerə yüksəlib. V.Rəsulov növbəti turda serbiyalı Drazic Sinisaillə üz-üzə gələcək.

Qeyd edək ki, İsveçrə sistemi üzrə təşkil edilən turnir 9 turdan ibarətdir.

Xəbər 197 dəfə oxundu.