Şahmatçılarımız komanda dünya çempionatında iştirak edəcəklər
Noyabrın 19-dan 26-dək Yerusəlim şəhərində şahmat üzrə komanda dünya çempionatı keçiriləcək.

Mundialda Azərbaycan komandası da daxil olmaqla, 12 komanda iştirak edəcək. Yığmamızın heyətində Teymur Rəcəbov, Şəhriyar Məmmədyarov, Rauf Məmmədov, Nicat Abbasov, Vasif Durarbəyli, Misrətdin İsgəndərov, Nicat Məmmədov, Vüqar Əsədli, Məhəmməd Muradlı, Aydın Süleymanlı, Abdulla Qədimbəyli yer alıblar.

Qeyd edək ki, iştirakçı komandaların heyətlərində dünyanın tanınmış şahmatçıları – azərbaycanlı qrossmeysterlər Teymur Rəcəbov və Şəhriyar Məmmədyarovla yanaşı, fransız Maksim Vaşye-Laqrav, niderlandlı Aniş Giri, eləcə də özbəkistanlı Cavohir Sindarov və Hindistan təmsilçisi Nihal Sarin kimi gənc vunderkindlər mübarizə aparacaqlar.

Xəbər 203 dəfə oxundu.