Azərbaycan Basketbol Liqasında üçüncü turun iki görüşü keçirilib
“Sərhədçi” İdman Mərkəzində Azərbaycan Basketbol Liqasında üçüncü turun iki görüşü keçirilib.

Turun açılış oyununda iki paytaxt komandası “Sabah” və “Neftçi” üz-üzə gəliblər. Müdafiələrin önə çıxdığı qarşılaşmada “Sabah” rəqibinə 70:65 hesabı ilə qalib gəlib.

Oyunda ən məhsuldar basketbolçular “Sabah”dan Kamran Məmmədov (16 xal), “Neftçi”dən isə Mohsen Moradxani (12 xal - 8 ribaund) seçiliblər.

İkinci oyunda çempionatın ilk iki turunda qələbə qazanmış “Gəncə” “AAAF Xırdalan” komandası ilə qarşılaşıb. Oyuna fəal başlayan Gəncə təmsilçisi yekunda 94:84 hesabı ilə qələbə qazanaraq, turnir cədvəlinin ilk pilləsinə yüksəlib. Oyunun ən məhsuldar basketbolçuları adına “Gəncə”dən Cəbrayıl Əkbərov (33 xal - 5 ribaund), “AAAF Xırdalan”dan isə Deymon Makdouel (35 xal - 8 ribaund) layiq görülüblər.

Qeyd edək ki, üçüncü turun digər iki görüşü - NTD – “Zirvə Astara” və “Olimpik Şəki” – “Sərhədçi” oktyabrın 29-da oynanılacaq.

Xəbər 241 dəfə oxundu.