Meksika 2036-cı il Olimpiya Oyunlarına ev sahibliyi etmək üçün namizədliyini irəli sürüb
Meksika 2036-cı il Olimpiya Oyunlarına ev sahibliyi etmək üçün rəsmi müraciət edib.

Meksikanın xarici işlər naziri Marselo Ebrard ölkənin bu müraciətinin uğurlu olacağına əminliyini bildirib.

Nazirin sözlərinə görə, Meksika yeganə ölkədir ki, üç dəfə futbol üzrə dünya çempionatına ev sahibliyi edib.

Noyabrın 30-da Meksikanın Oyunlara ev sahibliyi etmək iddiasını təşviq etmək üçün komitənin yaradılması elan ediləcək.

Meksika 1968-ci ildə Olimpiya Oyunlarına ev sahibliyi edib. Həmin Oyunlarda 112 ölkə və 5516 idmançı yarışıb. Bu, 1886-cı ildə Afinada keçirilən müasir Oyunların başlanmasından sonra 100-dən çox xalqların nümayəndələrini bir araya gətirən ilk yarış olub.

Xəbər 200 dəfə oxundu.