Azərbaycan millisinin futbolçusu Türkiyədə klubunu dəyişib
İyirmi bir yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin futbolçusu Məhəmməd Mustafa Yıldırım Türkiyədə klubunu dəyişib.

20 yaşlı hücumçu “İstanbulspor”dan ayrılaraq “Çorum” komandasına keçib.

Forvardla 2,5 illik müqavilə imzalanıb. Futbolçu mövsümün ikinci yarısında komandanın formasını geyinəcək.

Qeyd edək ki, Mustafa Yıldırım 2020-ci ildən Azərbaycanın U-21 yığmasında çıxış edir.

Xəbər 189 dəfə oxundu.