“Sumqayıt” klubu heyətini daha bir futbolçu ilə gücləndirib
“Sumqayıt” klubu heyətini daha bir futbolçu ilə gücləndirib.

Komanda son olaraq Banqladeşin “Şeyx Rassel” klubunda çıxış etmiş Riçard Qadze ilə 2023/2024-cü il mövsümünün sonunadək müqavilə imzalayıb.

İyirmi səkkiz yaşlı qanalı hücumçu 43 nömrəli formada çıxış edəcək.

Qeyd edək ki, Azərbaycanda daha əvvəl “Zirə”də (2017-2018-ci, 2019-2020-ci illər) çıxış etmiş Riçard Qadze karyerası ərzində Hindistanın “Delhi Dinamo”, Finlandiyanın “HİK” (Helsinki), Rumıniyanın “Voluntari”, Moldovanın “Şerif” və İsrailin “Bney Saxnin” klublarının şərəfini qoruyub.

Xəbər 194 dəfə oxundu.