Azərbaycanın U-17 komandası Bosniya və Herseqovina yığması ilə qarşılaşacaq
On yeddi yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası Avropa çempionatının seçmə mərhələsində bu gün növbəti oyununu keçirəcək.

Millimiz Bosniya və Herseqovinanın Kakanj şəhərində təşkil olunan qrup mərhələsinin oyununda bu ölkənin müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşacaq. “Mladost” stadionunda keçiriləcək matç Bakı vaxtı ilə saat 15:30-da başlayacaq.

Qarşılaşmanı Albaniya və Portuqaliyadan olan hakimlər idarə edəcək.

Xəbər 189 dəfə oxundu.