Bakı İdman Sarayında keçiriləcək yunan-Roma güləşi üzrə dünya kuboku yarışına hazırlıq davam edir
Bakı İdman Sarayında keçiriləcək yunan-Roma güləşi üzrə dünya kuboku yarışına hazırlıq davam edir.

Bunu Azərbaycan Güləş Federasiyasının mətbuat katibi Sərxan Musalı jurnalistlərə açıqlamasında deyib.

Bildirib ki, Azərbaycan daha əvvəl sərbəst güləş üzrə belə mötəbər yarışı qəbul edib. Yunan-Roma güləşi üzrə dünya kuboku yarışına ölkəmiz ilk dəfə ev sahibliyi edəcək. Son bir aydır ki, təşkilati işlər davam edir. Bu gündən isə Bakı İdman Sarayında tikinti-quruculuq işlərinə başlanıb. İlk olaraq Bakı İdman Sarayını güləş yarışları üçün uyğun hala gətirəcəyik. Yəni güləş xalçaları quraşdırılacaq. Daha sonra isə digər texniki qurğular, detallar hazırlanacaq. Böyük monitorlar, bilbordlar və digər lazımi ləvazimatlar yerləşdiriləcək.

Qeyd edək ki, dünya kuboku yarışı noyabrın 5-6-da təşkil olunacaq.

Xəbər 223 dəfə oxundu.