Naxçıvanda AFFA Region Liqasının püşkü atılıb
Futbol üzrə AFFA Region Liqasının Naxçıvan Muxtar Respublika üzrə püşkatma mərasimi keçirilib.

Region Liqasının Naxçıvan zonasında yarış 8 komandanın iştirakı ilə 2 dövrədən ibarət dairəvi sistemlə təşkil olunacaq.

Püşkə əsasən birinci turda “Dübəndi” (Ordubad) – “Kəngərli”, “Babək” – “Sədərək”, “Naxçıvan Müəllimlər İnstitutu” – “Arpaçay” (Şərur) və “Batabat” (Şahbuz) – “Əlincə” (Culfa) oyunları keçiriləcək.

Xəbər 189 dəfə oxundu.