UEFA Avropa Liqası: Bu gün “Qarabağ” komandası Fransanın “Nant” klubu ilə qarşılaşacaq
UEFA Avropa Liqasında mübarizə aparan “Qarabağ” turnirin qrup mərhələsində bu gün növbəti oyununu keçirəcək.

Təmsilçimiz səfərdə Fransanın “Nant” klubu ilə qarşılaşacaq. “Beaujoire” stadionunda saat 23:00-da keçiriləcək oyunu Danimarkadan olan hakimlər briqadası idarə edəcək. Oyunun baş hakimi Jakob Kehlet olacaq. On yan xətt hakimləri Lars Hummelgaard, Victor Skytte kömək edəcəklər. Jorgen Burçardt dördüncü hakim vəzifəsini yerinə yetirəcək.

Xəbər 196 dəfə oxundu.