Azərbaycan Atıcılıq Federasiyası yeniyetmələri idmanın güllə və stend atıcılığı növləri üzrə bölmələrə qəbulunu elan edir
Azərbaycan Atıcılıq Federasiyası 2022–2023-cü tədris ili üçün 11–15 yaş arası yeniyetmələri idmanın güllə və stend atıcılığı növləri üzrə bölmələrə qəbulunu elan edir.

Məşğələlər peşəkar məşqçilər tərəfindən həftənin şənbə və bazar günləri paytaxtın Binəqədi rayonu ərazisində yerləşən Bakı Atıcılıq Mərkəzində keçiriləcək.

Qeyd olunub ki, qəbul üçün yerlər məhduddur.

Əlavə məlumat üçün info@aze-shooting.com e.mal ünvanına və +99412-565-56-20, 050-514-15-15 telefon nömrələrinə müraciət etmək lazımdır.

Xəbər 278 dəfə oxundu.