Şahmatçımız Misrətdin İsgəndərov Qran-Pri turnirində ikinci olub
Rumıniyada keçirilən Qran-Pri turnirində Azərbaycan şahmatçıları Misrətdin İsgəndərov və Ülvi Sadıqov uğurla çıxış ediblər.

Təmsilçilərimiz doqquz turdan 6,5 xal toplayıblar. M.İsgəndərov ikinci, Ü.Sadıqov isə dördüncü pillədə yer alıblar.

Turnirin qalibi adına 7,5 xalla ukraynalı Vitali Bernadski layiq görülüb.

İsveçrə sistemi üzrə keçirilən yarışda 41 şahmatçı iştirak edib.

Xəbər 216 dəfə oxundu.