Çempionlar Liqası: "Çelsi" səkkizdəbir finala vəsiqə qazanıb
UEFA Çempionlar Liqasının qrup mərhələsində V tura start verilib.

Bu günə nəzərdə tutulan 8 oyundan 2-si artıq yekunlaşıb.

E qrupunda İngiltərənin "Çelsi" klubu Avstriyada "Zaltsburq"a 2:1 hesabı ilə qalib gəlib. Bununla da İngiltərə klubu səkkizdəbir finala vəsiqəni təmin edib.

G qrupunda isə "Sevilya" İspaniyada Danimarkanın "Kopenhagen" klubunu məğlub edib - 3:0. Meydan sahibləri bu nəticə ilə pley-off şanslarını saxlayıb.

Çempionlar Liqası

Qrup mərhələsi, V tur

25 oktyabr

E qrupu

"Zaltsburq" (Avstriya) - "Çelsi" (İngiltərə) - 1:2

Qollar: Çikvubuyke Adamu, 49 - Mateo Kovaçiç, 23. Kay Haverts, 64

G qrupu

"Sevilya" (İspaniya) - "Kopenhagen" (Danimarka) - 3:0

Qollar: Yussef En-Neseri, 61. İsko, 88. Qonsalo Montiel, 90+2

Xəbər 225 dəfə oxundu.