Şahmatçımız Vüqar Rəsulov “Skopje” açıq turnirində uğurlu çıxışını davam etdirir
Şimali Makedoniyada keçirilən “Skopje” açıq turnirində Azərbaycan şahmatçısı Vüqar Rəsulov uğurlu çıxışını davam etdirir.

Təmsilçimiz altıncı turda Anton Demçenko (Rusiya) ilə heç-heçə edib. Beləliklə, turnir cədvəlində 5,5 xal toplayan Vüqar Rəsulov Luka Draskoviç (Monteneqro) ilə ilk iki pilləni bölüşür.

İsveçrə sistemi üzrə təşkil edilən turnir 9 turdan ibarətdir.

Xəbər 246 dəfə oxundu.