“Qəbələ” klubu MMA döyüşçüsü Nəriman Abbasovla müqaviləni yeniləyib
“Qəbələ” idman klubu və MMA döyüşçüsü Nəriman Abbasov arasında müqavilə uzadılıb.

28 yaşlı idmançı ilə yeni anlaşma bir ili əhatə edir.

Müqavilənin imzalanma mərasimindən sonra klubun prezidenti Fariz Nəcəfov döyüşçü və onun məşqçisi Şəhriyar Abbasovla görüşüb.

Görüşdə N.Abbasovun döyüşləri barədə fikir mübadiləsi aparılıb. Klub prezidenti idmançıya karyerasında uğurlar arzulayıb.

Xəbər 249 dəfə oxundu.