Qızlarımız bu dəfə biabırçı hesabla uduzdu
Bu gün 17 yaşadək qızlar arasında dünya çempionatında II tura start verilib. İdman.com.az saytının məlumatına görə, qarşılaşmalardan ikisi "A", ikisi "B" qrupunda keçirilb.

1-ci turun ilk günündə olduğu kimi bu dəfə də matçların biri Lənkəranda, digərləri Bakıda oynanılıb. Əyalətdə meydana çıxmaq növbəsi bu dəfə Azərbaycan milli komandasına çatıb.

İlk matçda Kolumbiyaya 0:4 uduzan Sissi Raytın komandası bu dəfə daha böyük və biabırçı hesabla uduzub. Nigeriya yığması nə az, nə çox, qapımıza 11 cavabsız top vurub.

Dünya Kuboku. U-17. Qızlar
Qrup mərhələsi. II tur

"A" qrupu

Kolumbiya – Kanada - 0:1
Qol: Klark, 51
Baş hakim: Karina Vitulano (İtaliya)
Bakı. “Şəfa” stadionu

AZƏRBAYCAN – NİGERİYA - 0:11
Qol: İhezuo, 5, 32, 37, 56, 70, Ayinde, 8, 24, Biahvo, 20, 74, Yakubu, 22, Bokiri, 68
Baş hakim: Alondra Arellano (Meksika)
Lənkəran. Şəhər stadionu

"B" qrupu

Fransa – KXDR - 1:1
Qol: Diani, 60 - Ri Un Sim, 59
Baş hakim: Jillian Martindal (Barbados)
Bakı. “Dalğa Arena” stadionu

ABŞ – Qambiya - 6:0
Qol: Qrin, 25-p., 61, 71, Munerlin, 46, Stenton, 83, Peyn, 86
Baş hakim: Etsuko Fukano (Yaponiya)
Bakı. “Dalğa Arena” stadionu


Xəbər 1119 dəfə oxundu.