Böyükağa Hacıyevin etirafı
"Oyunlarımızda olan qrafik sıxlığı özünü göstərir”. İdman.com.az-ın məlumatına görə, bu sözü “Neftçi”nin baş məşqçisi Böyükağa Hacıyev klubun saytına verdiyi açıqlamada deyib. O, “Sumqayıt”a məğlubiyyəti yorğunluq və futbolçularının özünə arxayın olması ilə əlaqələndirib:

“Qrup mərhələsində "Partizan"la oyun sonrası yorğunluq və bəzi futbolçuların həddindən artıq özünə arxayınlığı, rəqibi qiymətləndirməməsi özünü göstərdi. Futbolçular bir amili yaddan çıxarmamalıdır ki, kimliyindən asılı olmayaraq rəqibə hörmətlə yanaşmalıdırlar.

Əks təqdirdə, onlar daha acı məğlubiyyətlərlə üzləşə bilərlər. Bunun da istər məşqçilər korpusuna, istərsə də futbolçulara ağır nəticələri olar. Bir daha bildirirəm ki, məğlubiyyətə görə bütün məsuliyyəti öz üzərimə götürürəm və söz verirəm ki, oxşar hal bir daha təkrarlanmayacaq".

Xəbər 977 dəfə oxundu.