Azərbaycan qılıncoynadanı Antalyada keçirilən “Satellite” turnirinin qalibi olub
Qılıncoynatmanın sablya növü üzrə milli komandamızın üzvü Valeriya Bolşakova Antalyada keçirilən “Satellite” turnirinin qalibi olub.

Qrup mərhələsini 4 qələbə ilə başa vuran Valeriya Bolşakova finala gedən yolda Türkiyə, Böyük Britaniya, Sinqapur sablyaçıları və digər təmsilçimiz Palina Kaspiaroviçə qalib gəlib.

Qılıncoynadanımız həlledici görüşdə Qazaxıstan idmançısı Aigerim Sarıbaya 15:11 hesabı ilə məğlub edərək turnirin qızıl medalını qazanıb.

Digər təmsilçilərimizdən Səbinə Kərimova, Zərifə Hüseynova, Sevil Bünyatova və Palina Kaspiaroviç qrup mərhələsini uğurla adlasalar da, ən güclü 8-liyə yüksəlmək uğrunda keçirilən görüşlərdə məğlub olublar.

Xəbər 278 dəfə oxundu.