Sumqayıtda “Qafqaz” Şotokan karate-do idman klubunun üçüncü açıq çempionatı keçirilib
Sumqayıt Şəhər Gənclər və İdman Baş İdarəsinin, Milli Karate Federasiyasının (WKF) Sumqayıt nümayəndəliyi və “Qafqaz” Şotokan karate-do idman klubunun birgə təşkilatçılığı ilə üçüncü açıq çempionat keçirilib.

Paralimpiya İdman Kompleksində “Şuşa İli”nə həsr olunmuş yarışda respublikamızın 5 şəhər və rayonundan 300-ə yaxın idmançı qüvvəsini sınayıb.

Yarışın açılış mərasimində çıxış edən Sumqayıt Şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Elgün Hümbətov və “Qafqaz” Şotokan karate-do idman klubunun təsisçisi Hüseyn Əfəndiyev bildiriblər ki, yarışın keçirilməsində əsas məqsəd “Şuşa İli”nin qeyd edilməsi və regionlarda karate idman növünün inkişaf edirilməsidır.

Gərgin idman mübarizəsi şəraitində davam edən yarışda müxtəlif yaş qrupları üzrə qalib və mükafatçılar müəyyənləşdirilib.

Sonda qalib və mükafatçılar fəxri fərman və medallarla təltif olunublar.

Xəbər 306 dəfə oxundu.