İdmançımız Camal Əhmədzadə dünya kuboku yarışında bürünc medal qazanıb
Almaniyanın paytaxtı Berlində Beynəlxalq Pauerliftinq Liqasının (IPL) təşkilatçılığı ilə dünya kuboku yarışı keçirilib.

Yarışda ölkəmizi təmsil edən Azərbaycan Stronqmen Federasiyasının “Strict-curl” bölməsinin rəhbəri Camal Əhmədzadə mükafatçılar sırasında yer almağı bacarıb. Turnirdə 110 kiloqram çəki dərəcəsində mübarizə aparan təmsilçimiz deadlift hərəkətində bürünc medal qazanıb.

Yarışın gərgin idman mübarizəsi şəraitində keçdiyini bildirən C.Əhmədzadə 110 kiloqram çəki dərəcəsində 10 idmançı ilə birgə mübarizə apardığını deyib: “Turnirdə ümumilikdə 30 ölkədən idmançılar medallar uğrunda mübarizə aparırdı. Rəqiblərim yetərincə güclü idmançılar idi. Mükafatçılar sırasında yer aldığım üçün çox sevinirəm. Yarışda mənə dəstək olan Azərbaycan Stronqmen Federasiyasının prezidenti Bəxtiyar Quliyevə minnətdarlığımı bildirirəm. Federasiya rəhbərliyi mənə yarışa hazırlıq və iştirak üçün hər cür şərait yaratmışdı”.

Xəbər 193 dəfə oxundu.