“Barselona”nın futbolçusu Usman Dembele klubun tarixinə düşüb
İspaniyanın “Barselona” komandasının futbolçusu Usman Dembele klubun tarixinə düşüb.

Transalı hücumçu La Liqanın 11-ci turunda “Atletik”i 4:0 hesabı ilə məğlub etdikləri matçda yubiley qoluna imza atıb.

Oyununun 12-ci dəqiqəsində hesabı açan forvard “Barselona”nın çempionatdakı 4000-ci qolunu vurub.

Qeyd edək ki, futbolçu 2017-ci ildən “Barselona”da çıxış edir. O, bu mövsüm La Liqada 11 oyuna 3 qol vurub, 5 məhsuldar ötürmə edib.

Xəbər 202 dəfə oxundu.