Azərbaycan triatlonçusu Afrika kuboku yarışında birinci olub
Azərbaycan triatlonçusu Rostislav Pevtsov Afrika kuboku yarışında qızıl medal qazanıb.

Atletimiz Mərakeşin Tanjir şəhərində təşkil olunan yarışda sprint məsafədə 43 idmançı arasında fərqlənib.

Təmsilçimiz 750 metrlik üzgüçülük, 20 kilometrlik velosiped sürmə, 5 kilometrlik qaçış məsafəsini 53 dəqiqə 3 saniyəyə qət edib.

İdmançımızla rəqabət aparan Almaniya təmsilçisi Yanik Şafler çempionumuzun əzmkarlığı qarşısında tab gətirə bilməyib və ikinci yerlə kifayətlənib. Fəxri kürsünün üçüncü pilləsində isə ispaniyalı Anxel Sançez Kareas qərarlaşıb.

Xəbər 180 dəfə oxundu.