Azərbaycan millisinin voleybolçusu Yelizaveta Ruban Rumıniya Super kuboku yarışının qalibi olub
Qadın voleybolçulardan ibarət Azərbaycan millisinin üzvü Yelizaveta Ruban Rumıniya Super kuboku yarışının qalibi olub.

27 yaşlı oyunçu buna “Lugoj” klubu ilə nail olub.

Komanda final matçında “Voluntari”ni 3:0 (25:21, 25:23, 25:22) hesabı ilə üstələyib.

Qeyd edək ki, voleybolçumuz hazırkı klubunda ilk dəfə titul əldə edib.

Xəbər 217 dəfə oxundu.