“Sumqayıt” Azərbaycan Premyer Liqasında 70-ci ev məğlubiyyətini alıb
“Sumqayıt” Azərbaycan Premyer Liqasında 70-ci ev məğlubiyyətini alıb. “Gənclik şəhəri” təmsilçisi Azərbaycan Premyer Liqasının XI turunun “Zirə” ilə görüşündə iki cavabsız qol buraxıb.

Komanda öz meydanındakı 169-cu qarşılaşmada 70-ci dəfə xalsız qalıb. Sumqayıt təmsilçisi evdə 70 və daha çox oyunda uduzan 5-ci komanda olub.

Qeyd edək ki, “Sumqayıt” ilk ev məğlubiyyətini 2011-ci il avqustun 14-də “Qəbələ”dən alıb – 1:2.

Xəbər 234 dəfə oxundu.