“Neftçi” üzərində qələbə “Sabah” üçün ikiqat yubileylə əlamətdar olub
Azərbaycan Premyer Liqasının XI turunun “Neftçi” ilə oyunundakı qələbə “Sabah” üçün ikiqat yubileylə əlamətdar olub.

Paytaxt klubu ölkə çempionatının yüksək dəstəsində 40-cı dəfə 3 xal qazanıb. Bakı təmsilçisi bunadək keçirdiyi 114 matçda 39 dəfə qalib gəlmişdi. 115-ci qarşılaşmada əldə olunan 3:2 hesablı nəticə 40-cı qələbə kimi tarixə düşüb.

Öz meydanında 20 dəfə 3 xal qazanan “Sabah” səfərdə də 20-ci uğuruna sevinib. Paytaxt təmsilçisi 58-ci görüşdə bu rəqəmə çatıb.

Qeyd edək ki, “Sabah” həm Premyer Liqada, həm də səfərdə ilk uğurunu 2018-ci il avqustun 12-də “Keşlə” (indiki “Şamaxı”) ilə matçda əldə edib – 1:0.

Xəbər 187 dəfə oxundu.