On dörd ildən sonra Azərbaycan şahmat tarixində dünya çempionatından iki qızıl medal parlaq qələbədir
İtaliyada 20 yaşa qədər gənclər arasında dünya çempionatında təmsilçilərimizin iki qızıl medal əldə etmələri Azərbaycan idmanının təntənəsidir. Son illər ölkəmizdə şahmatçılarımızın qazandığı nailiyyətlər bu sahədə böyük tərəqqinin bariz nümunəsidir.

Bunu müsahibəsində qadınlardan ibarət yığma komandanın baş məşqçisi Fikrət Sideifzadə deyib.

O qeyd edib ki, bu yaş qrupunda son dəfə Azərbaycan təmsilçiləri 2008-ci ildə medal qazanıblar: “Eltac Səfərli 2008-ci ildə keçirilmiş dünya çempionatında bürünc medal qazanıb. Ondan əvvəl Şəhriyar Məmmədyarov iki qızıl medala, Zeynəb Məmmədyarova isə bürünc medala sahib olublar. On dörd ildən sonra Azərbaycan şahmat tarixində dünya çempionatından iki qızıl medal parlaq qələbədir”.

Xəbər 187 dəfə oxundu.