“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov beynəlxalq reytinq cədvəlində irəliləyib | |
Dünyanın ən yaxşı futbol üzrə baş məşqçilərinin oktyabr ayı üçün reytinqi açıqlanıb. Cədvələ fəaliyyətini davam etdirən 500 ən yaxşı mütəxəssis daxil edilib. “Top-500”də yeganə azərbaycanlı Qurban Qurbanovdur. “Qarabağ”ın baş məşqçisi 1595 xala malikdir. Ötən ayla müqayisədə bir pillə irəliləyən 50 yaşlı mütəxəssis dünyada 210-cudur. Qeyd edək ki, siyahıya Pep Qvardiola (2194) başçılıq edir. Yurgen Klopp (2112) ikinci, Joze Mourinyo isə üçüncü pillədədir(2063 xal). |
|
Xəbər 190 dəfə oxundu. |
|
|