Azərbaycanın “Caspiana” yaxt komandası Marmaris reqatasına hazırlığı Türkiyədə davam etdirir
Azərbaycanın “Caspiana” yaxt komandası ilk dəfə ölkəmizi beynəlxalq arenada təmsil edəcək. Komandamız oktyabrın 23-də Türkiyədə start götürəcək 33-cü Marmaris reqatasında gücünü sınayacaq. Yarışda “Caspiana” klubu iki heyətlə mübarizə aparacaq.

Komandamız tam heyətlə Türkiyədə təlim-məşq toplanışını davam etdirir.

Komandanın əsas heyətində İlkin Əliyev (şkiper), Sərxan Həşimov, Rüfət Həmzəyev, Ruslan Muradov, Rüfət Əbilov, Farxod Kamilov, Viktor Vasilyev, Oytun Çalışlar və Dilarə Cəfərova yer alıblar. Əsas heyətlə yanaşı, Azərbaycan Yelken Federasiyasının İdarə Heyətinin üzvü, şkiper Tatyana Srebnayanın rəhbərliyi altında idmanın bu növü ilə məşğul olmağa yeni başlayan idmançılar ikinci komandada güclərini sınayacaqlar.

Bu gün reqatanın açılış mərasimi təşkil olunacaq.

Marmaris reqatasında 15 ölkədən min idmançı 120 yaxtada mübarizə aparacaq.

Komandanın beynəlxalq reqataya ilk hazırlığı Bakı buxtasında olub.

Hazırda “Caspiana” Azərbaycanı beynəlxalq arenada təmsil edən və Yelkən Federasiyanın üzvü olan yeganə rəsmi yaxt komandasıdır

Xəbər 207 dəfə oxundu.