Duşan Kovaçeviç: Mingəçevirdə kanoe və avarçəkmə yarışlarının təşkili üçün hər cür şərait var
İlk dəfədir Azərbaycanda təşkil olunan reqatada iştirak edirik. Bu, Azərbaycan Kanoe və Avarçəkmə Federasiyası ilə olan sıx əməkdaşlığımız sayəsində mümkün oldu.

Bu sözləri Serbiya Avarçəkmə Federasiyasının İdarə Heyətinin sədri Duşan Kovaçeviç Mingəçevirdə jurnalistlərə müsahibəsində deyib.

Serbiyalı mütəxəssis bildirib ki, burada gördüklərim məni yaxşı mənada təəccübləndirdi: “Burada yaradılmış idman infrastrukturu yüksək səviyyədədir. Mingəçevirdə kanoe və avarçəkmə yarışlarının təşkili üçün hər cür şərait var. Baza beynəlxalq standartlara cavab verən avadanlıqla təchiz olunub. Yarış çərçivəsində AKAF rəhbərliyi ilə görüşlərimiz oldu, bir çox istiqamətdə müzakirələr apardıq. Birgə əməkdaşlığın nəticəsində gələcəkdə daha böyük yarışlar keçirə və həmin yarışlara Avropanın digər ölkələrini də dəvət edə bilərik”.

Xəbər 303 dəfə oxundu.