Beynəlxalq Şahmat Federasiyasının prezidenti azərbaycanlı dünya çempionlarını təbrik edib
İtaliyada 20 yaşadək şahmatçılar arasında dünya çempionatının bağlanış mərasimi keçirilib. Mötəbər yarışın qalibi olan Azərbaycan şahmatçıları Gövhər Beydullayeva və Abdulla Qədimbəyliyə qızıl medal və kubok təqdim olunub.

Dünya çempionlarının şərəfinə Azərbaycan Dövlət Himni səsləndirilib.

Bağlanış mərasimindən sonra Beynəlxalq Şahmat Federasiyasının (FIDE) prezidenti Arkadi Dvorkoviç azərbaycanlı dünya çempionlarını tarixi qələbə münasibəti ilə təbrik edib, onlara növbəti yarışlarda uğurlar arzulayıb.

Xəbər 253 dəfə oxundu.