Avarçəkmə üzrə “Mingəçevir reqatası-2022” sona yaxınlaşır
Azərbaycan Kanoe və Avarçəkmə Federasiyasının (AKAF) təşkilatçılığı ilə keçirilən “Mingəçevir reqatası-2022”nin üçüncü gününə start verilib.

Bu gün yekun vurulacaq reqatada Azərbaycanla yanaşı, Türkiyə, Bolqarıstan, İtaliya, Gürcüstan, Macarıstan, Moldova, Polşa, Qazaxıstan, Rumıniya, Serbiya, Özbəkistan və Ukraynadan 150-dək idmançı medallar uğrunda mübarizə aparır.

Mingəçevirdəki “Kür” Olimpiya Tədris-İdman Mərkəzində keçirilən reqatanın üçüncü günündə idmançılar müxtəlif yaş qruplarında 500 metr məsafəyə fərd və cütlüklər arasında kayak və kanoe, 1000 və 1500 metr məsafəyə akademik avarçəkmə yarışlarında güclərini sınayacaqlar.

Turnirin ilk günündə Suqovuşan su anbarında kayak və kanoe növlərində qaliblər müəyyənləşib. 200 metr məsafəyə qızlar və oğlanlar arasında kayak və kanoe üzrə fərdi və cütlüklərin yarışında Azərbaycan komandası 4 qızıl, 6 gümüş və 4 bürünc medal qazanıb. Bu, AKAF-ın işğaldan azad olunan ərazilərimizdə təşkil etdiyi ikinci beynəlxalq turnirdir. Bundan əvvəl federasiya ümummilli lider Heydər Əliyevin anadan olmasının 99-cu ildönümünə həsr edilən “Prezident kuboku-2022” beynəlxalq reqatasını Suqovuşanda təşkil edib.

Yarışın ikinci gününə də “Kür” Olimpiya Tədris-İdman Mərkəzi ev sahibliyi edib. Azərbaycan təmsilçiləri günü 5 medalla başa vur

Xəbər 281 dəfə oxundu.