Azərbaycan Basketbol Liqasında 2-ci tura yekun vurulub
Bu gün "Sərhədçi" İdman Mərkəzinin idman zalında keçirilən iki qarşılaşma ilə Azərbaycan Basketbol Liqasının (ABL) 2-ci turuna yekun vurulub.

Günün ilk görüşündə "AAAF Xırdalan BK" komandası "Sabah BK" basketbolçuları ilə qarşılaşıb.

Oyun Xırdalanlıların rəqibi üzərində 79-73 hesablı qələbəsi ilə yekunlaşıb.

Qarşılaşmanın ən məhsuldar basketbolçuları "AAAF Xırdalan BK" Deymon Makdouel (24 xal, 6 ribaund), "Sabah BK"dan isə Kristiyan Roller (17xal, 12 ribaund) olublar.

Turun sonuncu oyunu region komandası "Olimpik Şəki BK" və ilk turda qələbə qazanmış "NTD BK" basketbolçuları arasında keçirilib.

"NTD BK" basketbolçuları matçdan 98-74 hesablı qələbə ilə ayrıldılar.

Görüşün ən məhsuldar basketbolçuları "Olimpik Şəki BK"dan Ceyson Brauer (22 xal, 9 ribaund), "NTD BK"dan isə Stenford Vilyam (28 xal, 6 asist) olub.

Qeyd edək ki, 3-cü turun oyunları 26 və 29 oktyabr tarixlərində keçiriləcək.

Xəbər 246 dəfə oxundu.