Cüdoçumuz “Böyük dəbilqə” turnirində bürünc medal qazanıb
Bu gün Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabi şəhərində start götürən “Böyük dəbilqə” turnirində cüdoçumuz Zelim Tçkayev (81 kq) bürünc medal qazanıb.

Tatami ustası üçüncü yer uğrunda görüşdə Abılayxan Jubanazar (Qazaxıstan) üzərində qələbə qazanıb.

Xatırladaq ki, bundan əvvəl komandamızın üzvü Balabəy Ağayev (60 kq) bürünc medala sahib çıxıb.

Qeyd edək ki, Azərbaycan “Böyük dəbilqə” turnirində 13 idmançı ilə təmsil olunur.

Yarışa oktyabrın 23-də yekun vurulacaq.

Xəbər 286 dəfə oxundu.